AZ

Gürcüstan Dövlət Mahnı və Rəqs Ansamblı Bakıda konsert proqramı ilə çıxış edəcək

Tbilisi, 6 noyabr, AZƏRTAC

Gürcüstan Dövlət Akademik Xalq Mahnı və Rəqs Ansamblı “Erisioni” 2026-cı il yanvarın 16-da Bakıda konsert proqramı ilə çıxış edəcək.

Bu barədə AZƏRTAC-a müsahibəsində ansamblın bədii rəhbəri Şermandi Çukuaseli məlumat verib. Onun sözlərinə görə, konsert Heydər Əliyev Sarayında olacaq.

Tamaşaçılar gürcü musiqisi, mahnısı və rəqsləri dünyasında unudulmaz bir səyahət yaşayacaqlar.

“Konsert həm Gürcüstan, həm də Azərbaycan mədəniyyətləri arasında əməkdaşlığın gücləndirilməsi və xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır”, - deyə Çukuaseli bildirib.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
32
1
azertag.az

2Mənbələr