Ağ Evin Oval kabinetində iclas zamanı iştirakçılardan biri huşunu itirib.
Bizim.Media xəbər verir ki, iclas zamanı ABŞ prezidenti Donald Tramp bəyanat verməyə hazırlaşdığı anda yaşlı nümayəndənin halı pisləşib və o yerə yıxılıb.
Jurnalistlər dərhal konfrans zalından çıxarılıb.
Daha sonra məlum olub ki, huşunu itirən şəxs Danimarkanın “Novo Nordisk” farmasevtika şirkətinin rəhbəri Qordon Findli olub.
Ağ Ev açıqlayıb ki, biznesmenin vəziyyəti yaxşıdır və brifinq tezliklə davam edəcək.
Bizim.Media