AZ

Trampın keçirdiyi brifinqdə şirkət rəhbəri huşunu itirdi VİDEO

ain.az bildirir, Bizim media portalına istinadən.

Ağ Evin Oval kabinetində iclas zamanı iştirakçılardan biri huşunu itirib.Bizim.Media xəbər verir ki, iclas zamanı ABŞ prezidenti Donald Tramp bəyanat verməyə hazırlaşdığı anda yaşlı nümayəndənin halı pisləşib və o yerə yıxılıb.Jurnalistlər dərhal konfrans zalından çıxarılıb.

Daha sonra məlum olub ki, huşunu itirən şəxs Danimarkanın “Novo Nordisk” farmasevtika şirkətinin rəhbəri Qordon Findli olub.

Ağ Ev açıqlayıb ki, biznesmenin vəziyyəti yaxşıdır və brifinq tezliklə davam edəcək.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
1
bizim.media

3Mənbələr