AZ

Azərbaycanın dörd cüdoçusu kata üzrə dünya çempionatında iştirak edəcək

8–9 noyabrda Fransanın paytaxtı Parisdə kata üzrə keçiriləcək dünya çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb.

90deqiqe.Az xəbər verir ki, yığma yarışda 4 cüdoçu ilə təmsil olunacaq.

İdmançılarımız "nage-no-kata" və "katame-no-kata" üzrə çıxış edəcəklər.

Nage-no-kata

İsmayıl Rzayev – tori (hücum edən idmançı)

Samir İsmayılov – uke (hücum edilən idmançı)

Katame-no-kata

Rafiq Nəcəfov – tori

Əmrah Əhmədov – uke

Qeyd edək ki, turnirdə 37 ölkədən 466 cüdoçu qüvvəsini sınayacaq.

Seçilən
6
2
90deqiqe.az

4Mənbələr