AZ

ÇL də həftənin ən yaxşısı məlum oldu

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turunun matçlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Həftənin ən yaxşısı adını “Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden qazanıb. O, azarkeşlərin səsverməsində “Qalatasaray”dan Viktor Osimhen, “Arsenal”dan Mikel Merino və “Brügge”dən Karlos Forbzu qabaqlayıb.

İngiltərəli futbolçu ötən gecə Dortmund “Borussiya”sı ilə oyunda (4:1) dubl edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
2
qafqazinfo.az

3Mənbələr