AZ

Maskın şirkəti ona 1 trilyon dollar ödəyəcək

Tesla şirkətinin səhmdarları cümə axşamı baş direktor İlon Maska təxminən 1 trilyon dollar dəyərində kompensasiya paketinin ödənilməsinə səs veriblər.

Publika.az xəbər verir ki, bu barədə şirkətin "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.

Səsvermədə səhmdarların 75%-i bu ödənişi dəstəkləyib.

Oktyabrın 28-də "Tesla"nın Direktorlar Şurasının sədri Robin Denholm İlon Mask üçün nəzərdə tutulan bu kompensasiya paketinin dəstəklənməsinə çağırmış və əks halda onun şirkətdən ayrılma ehtimalı barədə xəbərdarlıq etmişdi.

Bu təklifin 5 noyabra qədər səhmdarlar tərəfindən təsdiqlənməsi tələb olunurdu, lakin müqavimətlə qarşılanmışdı. Dünyanın ən böyük etibarnamə üzrə konsaltinq şirkəti olan "Institutional Shareholder Services" (ISS) bu məbləği “astronomik” adlandıraraq əleyhinə səs verməyi tövsiyə etmişdi. Həmçinin bir sıra həmkarlar ittifaqları və korporativ müşahidəçilər Maskın siyasi aktivliyinin brendə reputasiya zərəri vuracağına görə bu paketin əleyhinə kampaniya aparmışdılar.

Seçilən
82
publika.az

1Mənbələr