AZ

Qahirədə Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Misirdəki səfirliyinin təşkilatçılığı ilə 8 Noyabr- Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbirkeçirilib.

Trend xəbər verirki, tədbirdə Azərbaycan icmasının üzvləri, Misirin dövlətqurumlarının və vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçiləri,dost ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri, yerli vəxarici media nümayəndələri iştirak ediblər.

Mərasimin açılışında Azərbaycanın Dövlət Himni səsləndirilib vəölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi birdəqiqəlik sükutla yad olunub. Daha sonra şanlı Zəfərimizə həsrolunmuş videoçarx nümayiş etdirilib.

Səfir Elxan Poluxov Ali Baş Komandan Prezident İlham Əliyevinrəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük müharibədə əldəetdiyi zəfər tarixindən danışıb, dünya hərb tarixi üçün unikalsayılan hərbi əməliyyatlardan biri - Şuşanın azad olunmasıəməliyyatının əhəmiyyətini diqqətə çatdırıb.

“Son 30 il ərzində Azərbaycan xalqı torpaqlarının işğalı ilə heçvaxt barışmadı və ərazi bütövlüyünün bərpası yolunda sarsılmaziradə nümayiş etdirdi. Prezident İlham Əliyevin rəhbərliyi altındayetişən vətənpərvər gənclik dəfələrlə sübut etdi ki, Vətəninmənafeyi naminə hər cür fədakarlığa hazırdır. Bu sədaqət 44 günlükmüharibə ərzində hər gün öz təsdiqini tapdı”, - deyə səfirE.Poluxov vurğulayıb.

Diplomat qeyd edib ki, oktyabrın 13-də Misir PrezidentiƏbdülfəttah əs-Sisinin və ABŞ Prezidenti Donald Trampın birgəsədrlikləri ilə 20-dən çox ölkənin liderlərinin, o cümlədənAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı iləkeçirilmiş Şarm əl-Şeyx Sülh Sammitində qəbul edilmiş yekun sənədQəzzadakı müharibəyə son qoyulması, Yaxın Şərqdə sülh və sabitliyingücləndirilməsi məqsədini güdür. Azərbaycan və Misirin regiondasülh mərkəzlərinə çevrildiyini diqqətə çatdıran səfir bildirib ki,ölkəmiz Fələstin münaqişəsinin sülh yolu ilə həllini tamdəstəkləyir və bu istiqamətdə əlindən gələni əsirgəmir.

Eyni zamanda, səfir çıxışında Dövlət Bayrağı Gününün yaranmasıtarixi barədə danışıb. Qeyd olunub ki, Azərbaycanın üçrəngli millibayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan DemokratikCümhuriyyətinin hökuməti tərəfindən qəbul olunub. 2009-cu ildəPrezident İlham Əliyev tərəfindən imzalanan sərəncama əsasən, həril noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd olunur. AzərbaycanınDövlət Bayrağı ölkəmizin dövlətçilik atributlarından biri, millisuverenliyin simvolu və Azərbaycan Demokratik Cümhuriyyətininxatirəsi olaraq Türk milli mədəniyyətinə, demokratik əsaslara vəİslam sivilizasiyasına sədaqətimizi nümayiş etdirir.

Tədbirdə, həmçinin Qarabağ zəfərini əks etdirən fotoşəkillərnümayiş etdirilib.

Qahirədə
Qahirədə
Qahirədə
Qahirədə
Seçilən
51
3
az.trend.az

4Mənbələr