AZ

NATO-nun hərbi gəmiləri Baltik dənizində göründü

BAKI, 7 noyabr. TELEQRAF

Baltik dənizində NATO ölkələrinə məxsus hərbi gəmilərin siqnalları qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Finlandiyanın Nəqliyyat və Rabitə Agentliyi məlumat verib.

Bildirilir ki, bu gəmilər əslində başqa bölgələrdə olmalı idilər.

Məsələn, siqnal məlumatlarına görə, Fin körfəzində İspaniyaya məxsus hərbi gəmi qeydə alınıb, halbuki Agentliyin məlumatına əsasən, həmin gəmi Somalidən Yaponiyaya istiqamətlənmişdi.

Mənbənin qeyd etdiyinə görə, hadisə gəmi identifikasiya siqnallarını qəbul edən stansiyada baş verən texniki nasazlıqla əlaqədar ola bilər.

Seçilən
53
teleqraf.com

1Mənbələr