AZ

Bu gün qısa iş GÜNÜDÜR

Bu gün Azərbaycanda qısa iş günüdür.

Bizim.Media xəbər verir ki, 8 noyabr tarixində Azərbaycanda Zəfər Günü qeyd olunacaq.
 

Əmək Məcəlləsinə əsasən, bayramdan əvvəlki iş günü bir saat az olur. Buna görə də 7 noyabr cümə günü iş saatları adi günlərlə müqayisədə bir saat az olacaq.


Qeyd edək ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür.

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, hər iki tarix şənbə və bazara təsadüf etdiyi üçün noyabrın 10-11-i də qeyri-iş günü olacaq. Noyabrın 12-si isə bayramlardan sonra ilk iş günü olacaq.

Bizim.Media

Seçilən
7
10
bizim.media

10Mənbələr