2025-ci ilin yanvar-oktyabr ayları üzrə Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri açıqlanıb.
Finss.az BFB-nin məlumatına əsasən xəbər verir ki, hesabat dövründə ən yüksək dövriyyə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-də qeydə alınıb – 38,572 milyard manat (7268 əməliyyat).
Ən çox dövriyyəyə malik ilk 3 şirkət belədir:
- PAŞA Kapital İnvestisiya Şirkəti QSC — 38,572,189,168 manat, 7268 əməliyyat
- ABB İnvest İnvestisiya Şirkəti QSC — 31,784,333,990 manat, 21,809 əməliyyat
- CPM-İnvest İnvestisiya Şirkəti QSC — 5,225,052,757 manat, 2621 əməliyyat
Digər şirkətlərin yanvar-oktyabr ayları üzrə dövriyyələri aşağıdakı kimidir:
| Rank | Şirkət | Dövriyyə (manat) | Əməliyyatların sayı |
|---|---|---|---|
| 4 | Assist Finance İnvestisiya şirkəti ASC | 3,284,127,223 | 1500 |
| 5 | İnvest-Az İnvestisiya Şirkəti QSC | 2,192,980,574 | 1489 |
| 6 | Unicapital İnvestisiya Şirkəti ASC | 2,073,189,180 | 6313 |
| 7 | Xalq Kapital İnvestisiya Şirkəti QSC | 1,982,153,771 | 182 |
| 8 | Capital Partners İnvestisiya Şirkəti QSC | 1,197,128,332 | 1490 |
| 9 | Troni İnvestisiya Şirkəti QSC | 594,805,946 | 5601 |
| 10 | İnno Kapital İnvestisiya Şirkəti ASC | 238,508,149 | 1036 |
| 11 | CFI FINANCİAL İnvestisiya Şirkəti QSC | 203,899,676 | 89 |
| 12 | MFX Trading İnvestisiya Şirkəti | 180,267,462 | 68 |
| 13 | ASC Xalq Bankı | 500,010 | 53 |
Qeyd edək ki, BFB-nin daxili qaydalarına əsasən, üzvlərin renkinqi aylıq hesablanır və repo əməliyyatları, dövlət və korporativ qiymətli kağızlar bazarı üzrə manatla həyata keçirilən əməliyyatları əhatə edir.
Fuad Mədətov
Finss.az