AZ

SOCAR Çin şirkətilə çərçivə sazişi imzaladı

SOCAR-ın prezidenti Rövşən Nəcəf Çin Xalq Respublikasının “Sinopec Engineering” şirkətinin prezidenti Zhang Xinming ilə görüşüb.

FED.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Çin arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda uğurla inkişaf etdiyi bildirilib. Bu xüsusda, SOCAR ilə Çin şirkətləri arasında mövcud əməkdaşlıq məmnunluqla qeyd olunub.   

Söhbət zamanı neft və qazın emalı sahəsində, neft-kimya, rəqəmsallaşma, enerji keçidi, müasir emal texnologiyalarının tətbiqi və  qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə tərəflər arasında əməkdaşlığa dair çərçivə sazişi imzalanıb.

"SINOPEC Engineering" şirkəti Çin Xalq Respublikasında, Səudiyyə Ərəbistanında, Küveytdə və digər beynəlxalq bazarlarda mühəndislik, təchizat və tikinti  xidmətləri göstərir. 

Seçilən
7
16
fed.az

10Mənbələr