Binəqədidə yaşayış binasında yanğın olub.
"Yeni Sabah" FHN-ə istinadla xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən avtomobil dayanacağında “Land Rover” markalı minik avtomobilinin salonu, yük hissəsi, “Opel” markalı minik avtomobilinin salonu, mühərrik hissəsi və 5 paq.m kommunikasiya xətləri yanıb.
Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib.
Avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Telegram kanalımız