AZ

Xalq artisti: Əri Səidənin qabırğasını sındırıb

Brilliant Dadaşova bacısı Sədaqət Dadaşova və bacısı qızı Səidə Dadaşovanın küsülülüyünə aydınlıq gətirib.

"Yeni Sabah" xəbər verir ki, Xalq artisti ərinin Səidəyə qarşı şiddət göstərdiyi və qabırğasını sındırdığını bildirib.

Dadaşova iddia edib ki, Səidə bu hadisəni gizlədərək "stuldan yıxılmışam" deyib. Səidənin əri anasına qarşı da təhqiramiz ifadələr işlədib və ailəyə ləkə gətirən yalanlar danışılıb.

Brilliant Dadaşova xəbərdarlıq edib ki, Səidənin başına bir iş gəlsə və ya ailənin adını yenidən efirdə hallandırsalar, əlindəki səs yazılarını yayımlayacaq və məsələ ilə bağlı hüquqi tədbir görəcək.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
44
yenisabah.az

1Mənbələr