AZ

Azərbaycanlı istifadəçilər arasında internet brauzerlərinin populyarlıq reytinqi açıqlanıb

2025-ci ilin oktyabr ayında Azərbaycanlı internet istifadəçiləri arasında “Google Chrome” liderliyini qoruyub saxlayıb.

Finss.az “Global Stats” Statistika Mərkəzinin məlumatına əsasən xəbər verir ki, brauzerin bazar payı 73,17% təşkil edib və sentyabr ayı ilə müqayisədə 1,31 faiz bəndi artıb.

Digər brauzerlərin payı belə olub:

  • Safari – 13,27% (azalma 0,59 faiz bəndi)
  • Opera – 1,76% (artım 0,03 faiz bəndi)
  • Samsung Browser – 1,74% (azalma 0,12 faiz bəndi)
  • Microsoft Edge – 4,62% (azalma 0,05 faiz bəndi)
  • Android Browser – 0,67% (azalma 0,36 faiz bəndi)
  • Firefox – 2,21% (artım 0,04 faiz bəndi)

Beləliklə, Azərbaycanda Chrome üstün mövqeyini qoruyur, Safari ikinci sırada qalır, Opera və Firefox isə yavaş-yavaş paylarını artırır.

Fuad Mədətov
Finss.az

Seçilən
31
fins.az

1Mənbələr