AZ

Sakin öz bağından 700 min avro dəyərində qızıl tapıb

Fransanın Lion şəhəri yaxınlığındakı Nevill-sür-Son kommunasında yaşayan bir sakin öz bağında 700 min avro dəyərində qızıl külçələr və sikkələr aşkarlayıb.

Aznews.az xəbər verir ki, o, həyətdə hovuz üçün çuxur qazarkən xəzinəyə rast gəlib. Tapılan qızılların hamısının diqqətlə plastik torbalara büküldüyü bildirilib.

“Regional mədəniyyət şöbəsi məsələni araşdırıb və arxeoloji xəzinə ehtimalını istisna edib. Bu isə o deməkdir ki, tapıntını aşkar edən şəxs qanuni şəkildə onun sahibi hesab olunur”, – deyə “France Info” məlumat yayıb.

Hüquq-mühafizə orqanları qızıl külçələrin üzərindəki nömrələri araşdıraraq onların təxminən 20 il əvvəl Lionda yerləşən bir müəssisədə istehsal edildiyini müəyyən ediblər. Qızılın qanuni yolla əldə edildiyi bildirilib.

Seçilən
13
1
aznews.az

2Mənbələr