"Olaylar" xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktorunun müavini Natiq Məmmədli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi münasibətilə keçirilən tədbirdə Prezident İlham Əliyev Azərbaycan dili ilə bağlı bir sıra konseptual fikirlər səsləndirib, dövlət qulluqçuları və xüsusilə də jurnalistlərə Azərbaycan dilinin saflığının qorunması, yaşadılması ilə bağlı çağırış edib:
"Hesab edirik ki, cənab Prezidentin dövlət dili ilə bağlı çağırışı yerindədir və biz öz işimizi bu istiqamətdə qurmalıyıq. Azərbaycan dili təkcə gündəlik ünsiyyət vasitəsi deyil, fəlsəfi, elmi və publisistik fikirləri yüksək səviyyədə ifadə edə bilən zəngin bir dildir. Məhz bu səbəbdən media dilin qorunmasında mühüm rol oynayır. Çünki Azərbaycan dili əsasən məhz mediada işlək vəziyyətdədir. Bu isə jurnalistlərin üzərinə böyük məsuliyyət qoyur".
N.Məmmədli vurğulayıb ki, Azərbaycan dili yad təsirlərdən uzaq tutulmalı və gələcək nəsillərə layiqincə çatdırılmalıdır.