AZ

Ana dilimizi qorumaqla öz kökümüzü, tariximizi və gələcəyimizi qoruyuruq - Gülşən Əkbərova

Bakı. Trend:

Ana dilimiz bizim kimliyimiz, düşüncə tərzimiz, ruhumuzunifadəsidir. Onu qorumaq, saflığını saxlamaq isə hər birimizinborcudur.

Trend xəbərverir ki, bunu bu gün “Mediada Azərbaycan ədəbi dilininnormalarının düzgün tətbiqi” konfransı çərçivəsində keçirilən“Televiziya və radio məkanında Azərbaycan ədəbi dilinin normalarınaəməl olunması vəziyyəti və nitq mədəniyyəti” mövzulu panelsessiyada Azərbaycan Televiziyasının veteran diktoru, jurnalistGülşən Əkbərova deyib.

O, televiziya mütəxəssisi kimi müxtəlif kanalları daimizlədiyini vurğulayıb diqqət çəkib:

“Təbii ki, efirdə müəyyən qüsurlar da müşahidə olunur.Aparıcıların və çıxış edən qonaqların nitqində heca vurğusuna,fonetik, leksik və qrammatik normalara bəzən kifayət qədər diqqətyetirilmir. Halbuki efir dili cəmiyyətə nümunə olmalıdır, çünkimilyonlarla tamaşaçı onu eşidir, ondan öyrənir. Dövlətimizinbaşçısı İlham Əliyev də AMEA-da çıxışı zamanı bu məsələyə xüsusidiqqət yetirib. Doğurdan da, əgər bir sözün bizdə qarşılığı varsa,xarici sözlər işlədilməməlidir”.

G.Əkbərova sonda gənc diktorlar, aparıcı və jurnalistlərə vurğulüğətlərindən daha çox istifadə etməyi məsləhət görüb: “Çünkidüzgün vurğu, aydın tələffüz və ədəbi dilə sadiqlik efirmədəniyyətinin ayrılmaz hissəsidir. Ana dilimiz bizim millisərvətimizdir. Onu qorumaqla biz öz kökümüzü, tariximizi vəgələcəyimizi qoruyuruq”.

Məqalədə:
Seçilən
95
2
az.trend.az

3Mənbələr