AZ

YUNESKO yeni rəhbər seçdi

Misirli Xalid əl-Anani Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (YUNESKO) baş direktoru seçilib.

XəzərNews.az xəbər verir ki, təşkilatın yeni rəhbəri dörd il müddətinə seçilib.

O, 179 səsdən 172 səs toplayıb. Yeni baş direktor 2017-ci ildən bu vəzifəni icra edən fransız Odri Azulenin yerinə noyabrın 15-də vəzifəsinin icrasına başlayacaq.

Əl-Anani YUNESKO-nun 12-ci, ərəb ölkəsindən isə birinci baş direktoru olacaq.

Xəbər 5 dəfə oxunub.
Seçilən
67
xezernews.az

1Mənbələr