AZ

AB Cinayətkarlıqla Mübarizə aparmaq üçün Sİ lə əlaqədar qanunlara dəyişiklik etməlidir

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Avropa Birliyi (AB) hüquq-mühafizə orqanları cinayətkarlıqla mübarizə aparmaq üçün süni intellektdən (Sİ) istifadə etmək istəyir, lakin AB qanunları onların tətbiqinə mane olur.

Bizimyol.info xəbər verir ki, "Avropol"un icraçı direktorunun müavini Yurgen Ebner bunu Avropanın "Politico" nəşrinə verdiyi müsahibədə bildirib.

O, mövcud AB qanunvericiliyinin səlahiyyətlilərdən süni intellektdən istintaqda istifadə etməzdən əvvəl "məlumatların qorunması və fundamental hüquqların qiymətləndirilməsi" aparmalarını tələb etdiyini bildirib.

Bu cür yoxlamalar səkkiz aya qədər çəkə bilər. Ebner əlavə edib ki, prosesin sürətləndirilməsi "həyatın təhlükə altında olduğu" vəziyyətlərdə çox vacib ola bilər.

O, əvvəllər hüquq-mühafizə orqanlarına "çox mürəkkəb tənzimləyici uyğunluq prosesinə" əməl etmədən "təcili" hallarda Sİ-dən istifadə etməyə imkan verən sürətləndirilmiş prosedurun hazırlanmasının məqsədəuyğunluğundan danışmışdı.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
59
icma.az

1Mənbələr