AZ

Ombusdmanın əlavə maliyyə vəsaitinə ehtiyacı var

Azərbaycan Ombudsmanı Səbinə Əliyeva 2026-cı il dövlət büdcəsinin müzakirələri zamanı çıxışı edərək, insan hüquqlarının təminində maliyyə dəstəyinin artırılmasının vacibliyini vurğulayıb. 

O bildirib ki, xüsusilə şəkərli diabet xəstələrinin dərman təminatının gücləndirilməsi, təqaüdçülər və əlilliyi olan şəxslər üçün ictimai nəqliyyatda güzəştlərin tətbiqi, orta məktəb şagirdlərinə əlavə dərs vəsaitlərinin dövlət hesabına verilməsi, həmçinin məktəblərdə psixoloq ştatlarının artırılması kimi sosial məsələlər üçün əlavə vəsait tələb olunur.

Əliyeva qeyd edib ki, kənd yerlərində tibbi kadrların cəlbini stimullaşdıran 2009-cu il qərarının maliyyə təminatı dövrün tələblərinə uyğun yenilənməlidir.

Bundan başqa, cinayət mühakimə icraatında ekspert və tərcüməçilərin əməkhaqlarının hazırkı 35 qəpik/saat səviyyəsindən artırılması, məhkəmə qərarlarının icrası üçün büdcədən xüsusi maliyyə təminatının yaradılması, hərbi qulluqçular üçün ərzaq kompensasiyasının artırılması və uşaq müavinətlərinin yaşayış minimumuna uyğunlaşdırılması da təkliflər sırasındadır.

Ombudsman həmçinin BMT-nin Əlilliyi olan şəxslərin və Uşaq hüquqları haqqında Konvensiyalarının həyata keçirilməsi istiqamətində öz üzərinə düşən yeni monitorinq funksiyalarını qeyd edərək, bu məqsədlə Ombudsman Aparatının kadr və maddi-texniki bazasının gücləndirilməsi üçün əlavə maliyyə ayrılmasına ehtiyac olduğunu bildirib.

Gülnar Nazimqızı 

Seçilən
23
1
anews.az

4Mənbələr