AZ

Simonyan yeni müharibə ni elan etdi: 26 il əvvəlki faciə təkrarlana bilər

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyanın ölkəsinə qarşı “hibrid müharibə” apardığını iddia edib. Siyasətçinin sözlərinə görə, Moskva İrəvana təzyiq göstərmək üçün medianın gücündən istifadə edir. Simonyan Rusiyanın Ermənistanda kəşfiyyat apardığını və intriqa yaratmağa çalışdığını söyləyib.

Bu məsələ 1999-cu ildə Ermənistan parlamentində baş verən teraktı yenidən gündəmə gətirib. Kremlin İrəvan hökumətini siyasi yollarla dəyişməyi bacarmayacağı təqdirdə, silahlı hücuma əl ata biləcəyinə dair fikirlər səsləndirilir.

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Simonyanın bu bəyanatı ölkədə baş verən siyasi gərginliklər fonunda Rusiyaya və eləcə də, Ermənistanda maraqları olan digər siyasi dairələrə verilmiş açıq mesaj kimi qiymətləndirilə bilər:

“Çünki son zamanlarda yaşanan hadisələrin inkişaf xronikası onu deməyə əsas verir ki, Ermənistan Qərb-Rusiya qarşıdurmasının fərqli formada təzahür etdiyi növbəti məkan ola bilər. Xüsusən də seçkilərə qədərki dövrdə proseslərin daha da kəskinləşməsi ehtimalı mümkündür.

Aytən Qurbanova

Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Rusiyanın Ermənistandakı siyasi proseslərə və seçkilərə müdaxilə imkanlarından maksimum dərəcədə istifadə edə biləcəyini ehtimal etmək olar. Beləliklə də, həm baş nazir Nikol Paşinyan hakimiyyətinin güc yolu ilə vaxtından əvvəl sonlandırılması, həm də revanşistlərin aktivləşməsi fonunda daxili sabitliyi hədəf alacaq addımların atılması ehtimalı istisna edilmir”.

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
1
globalinfo.az

2Mənbələr