AZ

TƏBİB tibb müəssisələrində elektron növbə sistemi genişləndirilir – FOTO

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində növbələrin tənzimlənməsi, elektron növbə sisteminin işlək vəziyyətə gətirilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

Mərhələli şəkildə icra olunan proses artıq Yevlax və Biləsuvar Rayon Mərkəzi xəstəxanalarında da tam yekunlaşıb. Bundan sonra tibb müəssisələrində vətəndaşlar tibbi xidmətlərdən əvvəlkindən daha rahat şəkildə istifadə edəcəklər.

Bu barədə Doğru.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, quraşdırılan yeni sistem sayəsində qəbul zamanı yaranan sıxlıq müəyyən qədər aradan qaldırılacaq, insanlar vaxt itkisi olmadan növbəyə yazılacaq və rahatlıqla tibbi xidmətlərdən yararlanacaqlar. Burada elektron növbə monitorlarının quraşdırılması canlı növbənin idarə edilməsinə dəstək verəcək, növbə prosesinin ardıcıllığına nəzarəti təmin edəcək.

Qeyd edək ki, regionlarda yerləşən TƏBİB tabeli tibb müəssisələrinə yalnız şəhər mərkəzlərindən deyil, həm də ətraf kənd və qəsəbələrdən vətəndaşlar müraciət edirlər. Bu baxımdan, tibbi xidmətlərin elektron növbə sistemi prinsipi əsasında təşkili əhalinin bərabər və fasiləsiz şəkildə tibbi yardımdan faydalanmasına, ümumilikdə isə xidmətlərin hər kəs üçün daha əlçatan olmasına şərait yaradır.

Hazırda paytaxtda və Abşeron ərazisində yerləşən 17 tibb müəssisəsində 33 növbə terminalı və 99 monitor (TV), regionlarda isə 28 tibb müəssisəsində 51 növbə terminalı və 133 monitor quraşdırılıb. Onların 2025-ci il sonuna kimi tam istifadəyə verilməsi nəzərdə tutulub.

DOĞRU.AZ

image-17625066942761612088_1200x630 image-17625066942936922539_1200x630image-17625066943009919280_1200x630

Seçilən
10
9
dogru.az

10Mənbələr