AZ

Federal qapanma ABŞ aviasiyasını “vurdu”

ABŞ-də hava yolu şirkətləri hökumətin bağlanması səbəbilə Federal Aviasiya İdarəsinin (FAA) hava limanlarında trafik yükünün azaldılması ilə bağlı verdiyi göstərişə əsasən yüzlərlə uçuşu ləğv etməyə başlayıb. 

"Cebheinfo.az" xəbər verir ki, ABŞ tarixində ən uzun sürən hökumət bağlanmasının mənfi təsirləri ölkə miqyasında hiss olunmağa davam edir. Ölkədəki uçuşları izləyən "FlightAware" saytının mütəmadi yenilənən məlumatlarına görə, bu gün 964 uçuş ləğv edilib, 4 min 924 uçuş isə təxirə salınıb. 

FAA-nın hava trafikinin sıxlığını azaltmaq məqsədilə verdiyi göstərişə uyğun olaraq, Nyu-York, Çikaqo, Vaşinqton və digər böyük şəhərləri əhatə edən 40 hava limanı uçuş tutumunu aşağı salıb. ABŞ Nəqliyyat Naziri Şon Daffi hökumətin bağlanması səbəbilə hava trafik nəzarətçiləri üzərində yaranan təzyiqi azaltmaq üçün 40 hava limanında uçuş tutumunun 10 faiz azaldılacağını açıqlayıb.  Bu tədbirin yerli vaxtla səhər saat 06:00-dan axşam 22:00-a qədər qüvvədə olacağı və bütün kommersiya hava yollarına təsir edəcəyi gözlənilir. 

Seçilən
23
1
cebheinfo.az

2Mənbələr