AZ

Zəfər günü münasibətilə Yevlaxda 4 mindən çox ağac və dekorativ gül kolları əkilib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Yevlax, 7 noyabr, AZƏRTAC

8 Noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Yevlaxda silsilə ağacəkmə aksiyaları keçirilib.

AZƏRTAC xəbər verir ki, aksiyalar çərçivəsində rayonun iqlim şəraitinə uyğun 4113 ədəd müxtəlif növ ağac və dekorativ gül kolları əkilib. Yeni əkilən ağacların suvarılması təmin edilərək, onlara aqrotexniki qaydada qulluq göstərilib. Zəfərin 5-ci ildönümü münasibətilə keçirilən aksiyalar ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına töhfə vermək məqsədi daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
66
2
azertag.az

3Mənbələr