AZ

Suraxanı İH “Qarabağ” klubu üçün niyə yer ayırmır? (VİDEO)

Tribuna portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Suraxanı rayon İcra Hakimiyyəti Azərbaycanı dünyada məşhur edən futbol klubu “Qarabağ”ın futbol akademiyası açması üçün torpaq ayırmır.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Qarabağ” Futbol Klubunun prezidenti Tahir Gözəl mətbuata açıqlamasında danışıb. O bildirib ki, bunun üçün Suraxanı rayon İcra Hakimiyyətinə müraciət də ediblər, ancaq onlara heç bir cavab verilmir:

“Biz danışıqlar aparırıq. Torpaq ala bilmədik. Hazırda Suraxanıda bizə torpaq yerlərinin ayrılmasını gözləyirik. “Qarabağ” Futbol Klubunun büdcəsi var. Şəxsən buna mənim büdcəm də yetər. Amma Suraxanıdan bizə torpaq ayrılsa, uzun müddətli icarəyə verilsə bizim üçün yaxşı olar. Ən böyük arzum yeniyetmə futbolçuların oynaya biləcəyi professional bir yer yaratmaqdır. Təəssüflər olsun ki, böyük qələbələrin yanında orada heç bir uğur qazanmamışıq. Buna görə, mən özümdən də, klubumdan da narazıyam. Biz Suraxanı Rayon İcra Hakimiyyətinə təklif vermişik ki, investisiyaya hazırıq. Orada gənclərimiz üçün imkan yaratmağa hazırıq. Lakin buna baxmayaraq heç bir xəbər yoxdur. Biz də gözləyirik”.

Məsələyə Suraxanı rayon İcra Hakimiyyətinin də mövqeyini öyrənməyə çalışdıq. Gün ərzində icra hakimiyyətinə dəfələrlə zəng etməyimizə baxmayaraq, zənglərimizə cavab verən olmadı.

İcra haimiyyətinə bununla bağlı sorğu da ünvanlamışıq. Sorğumuza cavab veriləcəyi təqdirdə oxucularımızla paylaşacağıq.

Xatırladaq ki, dünya futbol ulduzu Mesut Özil keçən il “Qarabağ” klubunun təşəbbüsü və dəvəti ilə Bakıya səfər etmiş və azyaşlı uşaqlar üçün futbol akademiyası açacağını açıqlamışdı. Lakin bir ildən çox vaxt keçməsinə baxmayaraq, nə akademiyanın açılışı, nə də hazırlıq prosesinə dair rəsmi məlumat yoxdur.

Gülşən Rəsul

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
3
tribunainfo.az

4Mənbələr