AZ

İsveçin Baş naziri Rusiyanın uzunmüddətli təcridinə hazırlaşmağı təklif edir

Qaynarinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İsveçin Baş naziri Ulf Kristersson bildirib ki, Avropa İttifaqı ölkələri Ukraynada müharibə başa çatdıqdan sonra belə Rusiyanın uzunmüddətli təcridinə hazırlaşmalıdır.

Qaynarinfo ERR-ə istinadla xəbər verir ki, o, bu barədə Estoniyaya səfəri zamanı deyib. 

İsveç baş nazirinin qeyd etdiyinə görə, Avropa öz rəqabət qabiliyyətini artırmalıdır, çünki bu, həm rifahın, həm təhlükəsizliyin, həm də Ukraynaya dəstəyin əsasını təşkil edir.

O əlavə edib ki, İsveç Rusiyaya qarşı heç vaxt sadəlövh olmayıb və Baltik dənizində Rusiyanın sualtı donanmasının fəaliyyətini məhdudlaşdırmaq və qarşısını almaq üçün səylərin artırılmasının vacibliyini vurğulayıb.

"Biz heç vaxt Baltik dənizi üzərində indiki qədər böyük nəzarətə malik olmamışıq. Bu, təbii ki, Rusiyanı qıcıqlandırır. Bu, bizim dənizimizdir. Mən əminəm ki, İsveç, Estoniya və Avropa İttifaqının digər ölkələri Rusiyanın uzunmüddətli təcridinə hazırlaşmalıdır. Hər şey bu müharibə ilə bitməyəcək”, – Kristersson bildirib.

Xatırladaq ki, Estoniya prezidenti Alar Karis Avropanın Rusiyanın aqressiyasını "müharibənin başqa bir növü” kimi qəbul etməli olduğunu və yeni hibrid təhdidlərinə hazır olmalı olduğunu deyib.

Norveç və Finlandiyanın baş nazirləri isə Rusiyanın Şimali Avropa dövlətlərinin təhlükəsizliyi üçün bir nömrəli təhdid olduğunu etiraf etsələr də, ona qarşı durmağa hazır olduqlarını vurğulayıblar.

Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
qaynarinfo.az

1Mənbələr