AZ

Yevlax və Biləsuvardakı xəstəxanalarda elektron növbə sistemi aktivləşdirilib

Yevlax və Biləsuvar rayon mərkəzi xəstəxanalarında elektron növbə sistemi istifadəyə verilib.

Bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, quraşdırılan yeni sistem sayəsində qəbul zamanı yaranan sıxlıq müəyyən qədər aradan qaldırılacaq, insanlar vaxt itkisi olmadan növbəyə yazılacaq və rahatlıqla tibbi xidmətlərdən yararlanacaqlar. Burada elektron növbə monitorlarının quraşdırılması canlı növbənin idarə edilməsinə dəstək verəcək, növbə prosesinin ardıcıllığına nəzarəti təmin edəcək.

Qeyd edək ki, hazırda paytaxtda və Abşeron ərazisində yerləşən 17 tibb müəssisəsində 33 növbə terminalı və 99 monitor (TV), regionlarda isə 28 tibb müəssisəsində 51 növbə terminalı və 133 monitor quraşdırılıb. Onların 2025-ci il sonuna kimi tam istifadəyə verilməsi nəzərdə tutulub.

Seçilən
4
9
anews.az

10Mənbələr