AZ

Məhəmməd Hadi və Qaçaq Nəbi küçələrinin kəsişməsində piyada təhükəsizliyi səviyyəsi artırılıb

BAKI, 7 noyabr. TELEQRAF

Məhəmməd Hadi və Qaçaq Nəbi küçələrinin kəsişməsində hərəkət intensivliyi və piyada təhükəsizliyi səviyyəsinin artırılması məqsədilə Məhəmməd Hadi küçəsində yeni təhlükəsizlik adacağı inşa edilərək hərəkət kanallaşdırılıb, yeni piyada keçidləri və panduslar təşkil olunub.

AYNA-dan Teleqraf-a verilən məlumata görə, adacığın inşası ilə Qaçaq Nəbi küçəsindən gələn avtomobillərin “Ukrayna dairəsi” istiqamətində birbaşa hərəkəti təmin edilib. Həmçinin metronun “Qara Qarayev” stansiyası istiqamətindən gələn nəqliyyat vasitələrinin “Ukrayna dairəsi” istiqamətində fasiləsiz hərəkətini təmin etmək məqsədilə ilk dəfə 5.53 – “Daimi sağa dönmə” yol nişanı tətbiq edilib.

Eyni zamanda, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən işıqforların iş rejimi dəyişdirilib, piyadaların rahatlığı üçün yeni piyada bölmələri quraşdırılıb.

Seçilən
50
4
teleqraf.com

10Mənbələr