AZ

Hazırda azad edilən ərazilərdə 3 min kilometrdən çox yol layihələndirilir » AzadMedia.az

Hazırda

Hazırda azad edilən ərazilərdə 3 300 kilometrdən çox magistral və digər yollar layihələndirilir.

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Ramil Cahangirov Zəfərin 5-ci ildönümünə həsr edilən sərgidə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ilk mərhələdə daha çox planlaşdırma işləri aparılırdısa, bu gün artıq real nəticələr var:

"Azad olunan ərazilərdə yaşayış infrastrukturu ilə yanaşı geniş nəqliyyat şəbəkəsi yaradılır, yollar çəkilir, 3 300 kilometrdən çox magistral və digər yollar layihələndirilir və tikilir, dəmir yolları və beynəlxalq hava limanları inşa edilir".

Seçilən
79
1
azadmedia.az

2Mənbələr