AZ

Deputat naziri topa tutdu : Hanı sənin adilliyin, hanı sənin kərimliliyin? Məni onların qarşısında niyə utandırırsan?

ain.az, Mia.az saytına istinadən bildirir.

"Mən nazirlərin fəaliyyətindən qəti razı deyiləm. Məsələn, mədəniyyət naziri Adil Kərimlinin fəaliyyətindən. Mən ötən il büdcə müzakirəsində dedim ki, Mərkəzi Şəhər Kitabxanası və Uşaq Kitabxanası 1987-ci ildə tikilən binada cəmləşib. Üzr istəyirəm, bu 32 nəfərdən ibarət iki kollektivin sanitar qovşağı yoxdur. İnsanlar zəruri ehtiyaclarını ödəmək üçün sağa-sola, önə-arxaya, evlərə girirlər, xahiş edirlər, yalvarırlar. Yekə kişisən, bunu keçən ildə demişəm, axı?"

Mia.az xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zaman deyib.

O, mədəniyyət nazirliyinə bu məsələ ilə bağlı müraciət edib:

“Mən deputatam, onlarla qarşılaşıram, məni onların qarşısında niyə utandırırsan? Üstündən bir il keçib, heç nə yolunda deyil. Sən nazir olaraq, hamıya aidsən, yaşından asılı olmayaraq bu camiənin ağsaqqalısan, böyüyüsən, onlar da sənin ailə üzvlərindir. Sən bunu həyata keçirə bilərsən axı. Təmir-tikinti, bərpa təşkilatı ilə müqavilə bağlayın, tikib qurtarsınlar da. Bunu Adil Kərimliyə bağışlayaram? Hanı sənin adilliyin, hanı sənin kərimliliyin?”(Teleqraf.az)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
13
mia.az

10Mənbələr