AZ

Ölkəmizə gətirilmiş daha bir qrup ukraynalı uşağın reabilitasiya prosesi başa çatıb

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəSosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilən30 ukraynalı uşağın reabilitasiya prosesi başa çatıb. Uşaqlarölkələrinə yola salınıblar.

Trendxəbər verir ki, Sosial Xidmətlər Agentliyi məlumat yayıb.

Bildirilib ki, 10 günlük sosial reabilitasiya proqramıçərçivəsində onlar Bakı, Qəbələ və Şəkidə təşkil olunandüşərgələrdə peşəkar psixoloq tərəfindən fərdi konsultasiyalaracəlb olunublar. Bununla yanaşı, uşaqlar müxtəlif fəaliyyətlərdə,qrup terapiyaları, meditasiya, yoqa məşğələləri və master-klaslardaiştirak ediblər.

Proqram müddətində uşaqların paytaxt və bölgələrdəki görməli vətarixi yerlərə (İçərişəhər, Qız qalası, Şirvanşahlar saraykompleksi, dənizkənarı bulvar, Atəşgah məbədi, Azərbaycan MilliXalça Muzeyi, Qobustan Milli Tarix-Bədii Qoruğu, Palçıq VulkanlarıTurizm Kompleksi, Bakıdakı Ukrayna Mərkəzi və s.) ekskursiyalarıtəşkil edilib.

Reabilitasiya proqramı uşaqların emosional vəziyyətlərininstabilləşdirilməsi, eləcə də cəmiyyətə inteqrasiyalarınındəstəklənməsi məqsədi daşıyıb.

Qeyd edək ki, ötən dövrdə ümumilikdə 260-dan çox ukraynalı uşaqölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilətəmin edilib.

Məqalədə:
Seçilən
70
10
az.trend.az

10Mənbələr