Brifinq zamanı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovdan xarici işlər naziri Sergey Lavrovun Budapeştdə keçirilməsi planlaşdırılan Putin-Tramp sammitinin pozulmasından sonra “biabırçı vəziyyətə düşməsi” barədə yayılan xəbərlərə münasibət bildirməsi xahiş olunub.
Publika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Peskov iddiaları təkzib edərək bildirib: “Bu hesabatlarda reallığa uyğun gələn heç nə yoxdur”.
Lavrovun gələcəkdə vəzifəsində qalıb-qalmayacağı ilə bağlı suala cavab verən Kremlin sözçüsü deyib: “Əlbəttə, Lavrov xarici işlər naziri vəzifəsində çalışır”.
Qeyd edək ki, Sergey Lavrovun “gözdən düşməsi” ilə bağlı söz-söhbətlər Donald Trampın Budapeştdə Vladimir Putinlə görüşdən imtina etməsindən sonra yayılıb. Rusiya xarici işlər naziri həmçinin nüvə sınaqlarının bərpası imkanlarının müzakirə edildiyi Təhlükəsizlik Şurasının iclasında iştirak etməyib.