AZ

Sumqayıt Bələdiyyəsi tərəfindən 1000 ədəd zeytun ağacı əkilib FOTOLAR

Unikal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Şəhərin Bulvar ərazisində təşkil edilən ağaç əkmə aksiyasında Sumqayıt Bələdiyyəsinin sədri, əməkdaşları və üzvləri fəallıq nümayiş etdiriblər.

"Unikal" xəbər verir ki, ekoloji dəyərlərin qorunması və yaşıllıqların artırılması məqsədi daşıyan tədbir zamanı ümumilikdə 1000 ədəd zeytun ağacı əkilib.

Əkilən ağaclara müvafiq aqrotexniki qulluq göstərilib, suvarma və torpağın yumşaldılması işləri aparılıb. Tədbir çərçivəsində atılan bu addım Zəfər bayramı münasibətilə qəhrəmanlarımızın xatirəsinə ehtiramın ifadəsi kimi qiymətləndirilib. Aksiyanın məqsədi həm şəhidlərin müqəddəs xatirəsini anmaq, həm də gənc nəsildə təbiətə və torpağa bağlılıq hissini gücləndirmək olub. Sumqayıt şəhərində keçirilən bu tədbir Zəfər Gününün 5 illiyinə həsr olunmuş silsilə aksiyaların bir hissəsidir və şəhər üzrə digər ərazilərdə də oxşar ekoloji və xatirə tədbirlər həyata keçirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
unikal.az

2Mənbələr