AZ

Enerji Məsələlərini Tənzimləmə Agentliyi enerji effektivliyi fondunun vəsaitlərini idarə edəcək

ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyev 22 dekabr 2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi"ndə dəyişiklik edib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, bundan sonra Agentlik enerji effektivliyi fondunun vəsaitini idarə edəcək, bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərəcək, eləcə də fondun vəsaiti hesabına "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanunda nəzərdə tutulmuş stimullaşdırıcı tədbirlər həyata keçirəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
1
bakivaxti.az

2Mənbələr