ain.az, Gununsesi portalına istinadən məlumat yayır.
Vaşinqton Venesuela prezidenti Nikolas Maduronun “nəzarət altındakı çıxışı” ssenarisini müzakirə edir.
Gununsesi.info xəbər verir ki, bu barədə “The Atlantic” qəzeti yazır.
Məlumata görə, ABŞ onu əfv edərsə və üçüncü ölkədə sığınacaq təşkil etməyə kömək etsə, Maduro ölkəni tərk etməyə razı ola bilər.
Planın tərəfdarları hesab edirlər ki, bu addım Venesuelada qanlı toqquşmaların və elita daxilində parçalanmanın qarşısını alacaq.
Qəzet bildirir ki, keçmiş prezident Donald Tramp dövründə Karakasla gizli əlaqələr davam etdirilib. Xüsusi elçi Riçard Qrenell saxlanılan amerikalıların azad edilməsində və miqrasiya məsələlərində əməkdaşlıq yaradıb.
Bununla belə, dövlət katibi Marko Rubio Maduronun narkotik kartelləri ilə əlaqələrinə görə sərt mövqe tutur. Onun təzyiqi ilə Ağ Ev bölgədə “narkotik qaynar nöqtələri”nə zərbələr endirməyə icazə verib. Əməliyyata Gerald R. Ford təyyarədaşıyan gəmisi və 10 minə yaxın hərbçi cəlb olunub.
“The Atlantic” qeyd edib ki, Tramp hələ yekun qərar verməyib və diplomatik təzyiq ilə hərbi təhdid arasında manevr edir.
Gülxanım
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.