Daha sonra Nazirlikdə Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin üzvlərinin iştirakı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxışlarda qeyd olunub ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Zəfər tarixi hadisə olmaqla yanaşı, Azərbaycan xalqı üçün daim qürur mənbəyidir. Bildirilib ki, bu möhtəşəm qələbə ordumuzun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində əldə olunub.
AzVision.az






