AZ

Saşa İliç: Rəqibə görə narahat idim

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

Misli premyer-liqasının 11-ci turunun açılış qsrşılaşmasında "Sumqayıt" "Qəbələ"ni məğlub etdi. Sport24.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında "kimyaçılar"ın baş məşqçisi Saşa İliç mətbuat konfransında iştirak edib. 

⁃    Çətin oyun oldu. Rəqib də çətin idi. Sürətli oyun alındı. İlk qolu penaltidən vurduq. Sonda da qələbə qazandıq. 

⁃    Penaltini niyə Romalinqom vurdu? Başqa penalti vura bilən başqa futbolçu yoxdu?

⁃    Hücumçudu. İki dəfə səhvi olub. Bəlkə də dəyişəcək. 

⁃    Hakimlik barədə fikirləriniz?

⁃    Rəqibə görə narahat idim. 5 xal yığsalar da, yaxşı komanda idi. 

⁃    İlk dövrə başa çatdı. Azərbaycan futbolu haqda fikirləriniz? Dövrəni 3-cü pillədə başa vurduz. Daha irəlidə ola bilərdiz? 

⁃    Çempionatın 30 faizi bitdi. 5 komanda var ki, avrokuboklar uğrunda mübarizə aparır.  Çətin liqadı. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
2
sport24.az

3Mənbələr