AZ

“Göz yaşlarımı saxlaya bilmədim...” Video

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Bu gün Zəfər Günü ilə bağlı tədbirdə idim. Xəbər mənə çatanda göz yaşlarımı saxlaya bilmədim”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri İTV-yə açıqlamasında Aprel döyüşləri şəhidi, əfsanəvi XTQ giziri Pəncəli Teymurovun qardaşı Famil Teymurov deyib:

“Doqquz ildir Prezidentin bu Fərmanını gözləyirdik. Onun qarşısında baş əyirəm. Bu gün bizi sevindirdi. Qardaşıma Ali ad verildi. Sevincimizin hüdudu yoxdur. Teymurovlar adından Prezidentə təşəkkürümü bildirirəm. Allah ordumuzu qorusun”.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə XTQ giziri Pəncəli Teymurov Milli Qəhrəman adına layiq görülüb. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
78
6
qafqazinfo.az

8Mənbələr