ain.az, Unikal.az portalına istinadən məlumat verir.
Ucarda qida məhsulları daşıyan motosikletçi kuryerlər qəzaya düşüblər.
"Unikal"ın məlumatına görə, hadisə rayon mərkəzində Koroğlu küçəsində baş verib. Kuryerlərin əyləşdiyi motosiklet idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində yaralanan 2010-cu il təvəllüdlü Saleh Hüseynli və 2010-cu il təvəllüdlü həmkarı Tərlan Məsimov xəstəxanalıq olublar.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.