AZ

Zelenski şərtini açıqladı: Trampla Putin görüşünü dəstəkləyəcəyik, amma...

ain.az, GlobalInfo saytına istinadən bildirir.

“Ukrayna Donald Tramp və Vladimir Putin arasında Macarıstanda keçiriləcək sammiti dəstəkləyəcək, lakin bir şərt var”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, Orban Trampı Rusiya prezidenti ilə görüşmək üçün Macarıstana gətirmək istəyir.

“Bizim mövqeyimizi bilirsiniz. Əgər atəşkəsi və müharibəyə son qoymağı qəti şəkildə təmin edən bir görüş olarsa, Ukrayna bu və ya digər formatları dəstəkləyəcək. Əgər bu cür görüşlər heç bir nəticə verməzsə, Ukrayna narazı qalacaq. Digər tərəfdən, Orban Ukraynanın Avropa Birliyinə gedən yolunu bağlaya bilməyəcək”.

Zelenski qeyd edib ki, Ukraynanın Macarıstana və xalqına qarşı heç bir iddiası yoxdur, lakin qonşu ölkənin rəhbərliyi Rusiyaya kömək edərkən susmaq olmaz.

“Biz ləyaqətimizi, azadlığımızı və müstəqilliyimizi müdafiə edirik”, – deyə Zelenski vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
63
globalinfo.az

1Mənbələr