AZ

“Zəfər turu”na start verildi

Futbol üzrə Misli Premyer Liqasında “Zəfər turu”na start verilib.

90deqiqe.Az xəbər verir ki, turun ilk oyununda “Şamaxı” doğma meydanda “İmişli” üzərində 1:0 hesablı qələbə qazanıb. Bu nəticədən sonra meydan sahibləri xal sayını 13-ə yüksəldərək 8-ci pilləyə qalxıblar. “İmişli” isə 12 xalla 9-cu yerdə qərarlaşıb.

Günün digər matçında “Qəbələ” “Sumqayıt”ı qəbul edib. Qonaqlar bu oyunda 2:0 hesabı ilə qalib gələrək turnir cədvəlində mövqelərini möhkəmləndiriblər.

“Zəfər turu” noyabrın 9-da başa çatacaq.

Seçilən
67
90deqiqe.az

1Mənbələr