AZ

İslam Oyunları: Azərbaycan idmançıları paraddan keçib FOTO

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan idmançıları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində rəsmi paraddan keçirlər.

Apasport.az saytının Ər-Riyad şəhərinə ezam olunan əməkdaşının məlumatına görə, tədbir "Al Janadryah"da təşkil olunur.

Paradda Azərbaycan bayrağını ağırlıqqaldıran Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə daşıyırlar.

Turnirdə 57 ölkədən 3000-dən çox idmançı 23 növdə medallar uğrunda mübarizə aparır.

Azərbaycan yarışda 20 növdə 174 idmançı ilə təmsil olunur.

Qeyd edək ki, İslamiadanın bağlanış mərasimi noyabrın 21-də olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
4
apa.az

10Mənbələr