BAKI, 8 noyabr. TELEQRAF
Avropa İttifaqı Rusiya və Çindən və digər ölkələrdən qaynaqlanan “dezinformasiya təhlükəsi” ilə mübarizə aparmaq məqsədilə “demokratik davamlılıq mərkəzi” adlı yeni struktur yaratmağa hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" qəzeti Avropa Komissiyasının sənəd layihəsinə istinadla məlumat yayıb.
Bildirilir ki, sənədin müəllifi Avropa Komissiyasının sədri Ursula fon der Lyayendir. Sənədin 12 noyabrda dərc olunması gözlənilir.
Məlumata görə, yeni mərkəz Aİ üzvü olan və İttifaqa qoşulmağa can atan ölkələrin ekspertlərini bir araya gətirəcək. Onun əsas məqsədi “xarici informasiya müdaxilələri” ilə mübarizə aparmaq olacaq.
"The Guardian" yazır ki, Brüssel “Avropada təsir uğrunda mübarizəyə yönəlmiş Rusiya mənşəli hibrid hücumları” əsas təhlükə hesab edir. Çin də sənəddə “dezinformasiya mənbələrindən biri” kimi göstərilib.