Türkiyə milli komandasının DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstan və İspaniyaya qarşı keçirəcəkləri oyunlar üçün ilkin heyətlər açıqlanıb.
“Midyulland”ın futbolçusu Aral Şimşir ilk dəfə milliyə dəvət edilib.
Qapıçılar: Altay Bayındır, Mert Günok, Muhammed Şengezer, Uğurcan Çakır
Müdafiəçilər: Abdülkerim Bardakcı, Çağlar Söyüncü, Emirhan Topçu, Eren Elmalı, Ferdi Kadıoğlu, Merih Demiral, Mert Müldür, Samet Akaydın, Zeki Çelik
Yarımmüdafiəçilər: Atakan Karazor, Hakan Çalhanoğlu, İsmail Yüksek, Kaan Ayhan, Orkun Kökçü, Salih Özcan
Hücumçular: Aral Şimşir, Arda Güler, Barış Alper Yılmaz, Deniz Gül, İrfan Can Kahveci, Kenan Yıldız, Kerem Aktürkoğlu, Oğuz Aydın, Yusuf Sarı
Qeyd edək ki, Türkiyə millisi noyabr 15-i saat 21:00-da Bolqarıstanı qəbul edəcək. Vinçentso Montellonun komnadası 3 gündən sonra İspaniyanın qonağı olacaq.