AZ

Paşinyan Sarkisyanın prezident olanda yazdığı məktubu dərc edəcəyini bildirdi

“SS (Paşinyan Serj Sarkisyanı belə təqdim edib-red.) yenidən danışıqlar sənədlərindən söhbət açıb”.

 

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan sabiq prezident Serj Sarkisyanın açıqlamasında səsləndirdiyi fikirlərə cavabında deyib.

 

Paşinyan qeyd edib ki, danışıqlar tarixçəsinin 2019-cu ili də əhatə edən əsas materiallarını hazırlayıb: “Hazırda onların hamısının surəti çıxarılır, ilin sonuna qədər aralarına bir neçə publik sənədi əlavə etməklə dərc edəcəyəm”.

 

Paşinyan Serj Sarkisyanın prezident olanda yazdığı məktubu dərc edəcəyini də vurğulayıb: “Sənin bir məktubunu da dərc edəcəyəm, elə düşünməyəsən ki, səni hesaba almamışam. Oyananda TPL və KP-yə (Paşinyan Levon Ter-Petrosyanı və Robert Koçaryanı belə təqdim edib-red.) də xəbər edərsən”.

 

APA

Tarix: 8 Noyabr 2025, 10:10   
Seçilən
43
13
pravda.az

10Mənbələr