Bu ilin aprel ayında Bakıda "MedAura" Klinikasında rinoplastika əməliyyatı keçirən 34 yaşlı Nigar Budaqlı düz altı aydır yataq xəstəsidir. Hazırda kritik durumu davam edir.
"Cebheinfo.az" Xəzər TV-yə istinadən xəbər verir ki, zərərçəkənin ailəsi əməliyyatı icra edən lor-cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanı təqsirkar hesab edir. Onlar iddia edirlər ki, Nigar Budaqlı əməliyyat zamanı həkimlərin səhlənkarlığı nəticəsində kliniki ölüm vəziyyətinə düşüb.
Əməliyyatı icra edən həkim-cərrah Yaqub Əsədi ilə telefon əlaqəsi saxlanılıb. O, İranda olduğunu bildirib və sualları cavablandırmaqddan imtina edib. Anestezioloq Cəmilə Əliyeva isə Nigar Budaqlının əməliyyatında iştirak etmədiyini deyib.
Anestezioloqun cərrahi əməliyyatdan kənarlaşdırılmasına icazə verdiyi iddia olunan "MedAuranın" keçmiş baş həkimi Nigar Məhəmmədova klinikaya rəhbərlik etdiyi dövrdə Cəmilə Əliyevanı yol verdiyi məsuliyyətsizliyə görə işdən kənarlaşdırdığını bildirib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
"Cebheinfo.az"