AZ

Aygün ilk dəfə Eldənizlə yaşadığı mübahisədən danışdı

Xalq artist Aygün Kazımova uzun müddət sonra ilk dəfə xanəndə Eldəniz Məmmədovla arasında yaşanan mübahisəyə aydınlıq gətirib.

"Yeni Sabah" xəbər verir ki, ifaçı bu baradə “İki başlı” proqramında danışıb.

Müğənni bildirib ki, Eldənizdən belə hərəkət gözləmirdi:

“Səhnəyə çıxmışdım. Toyda olan qonaqlarla danışırdım. Gəlib və əli ilə çiynimə vurur. Dedim ki, inanmaram Eldəniz buna icazə versin. Gördüm yox, yenə çiynimə vurdu. Axırda dedim ki, nə olub? Bir gün gördüm ki, efirdə məni bağışlayır. Eldəniz, gör mən səni bağışlayıram? Eldənizi başqa cür tanıyıram. Bizim ATV-də “Xalq ulduzu” verilişində olub. Hətta dedim, bildiyim Eldəniz deyil".

Xalq artisti Eldənizi bağışladığını deyib:

"Xanıma utana-utana “salam” verir. Mən səni bağışlayıram. Bir də heç bir xanım müğənni ilə əllə danışma. Bizim elə münasibətimiz də yoxdur. Həm də gözəl dost münasibəti olan adam belə bu hərəkəti qəbul etməz. Təəccübləndim. Eldəniz, qohumunun toyu idi, əhvalın yaxşı idi. Xanımla belə rəftar olmaz. Sənətçi olmasaydın, deyərdim hə. Hamıya nümunə olmalısan”.

Aydan Hacı


Telegram kanalımız
Seçilən
23
10
yenisabah.az

10Mənbələr