AZ

Xaqan Əhməd Avropa çempionu oldu - AÇ

Azərbaycanlı yeniyetmə şahmatçı Xaqan Əhməd Monteneqronun Budva şəhərində keçirilən Avropa Gənclər Çempionatının qalibi olub.

"Football-plus.az" xəbər verir ki, 14 yaşadək açıq kateqoriyada yarışan şahmatçı doqquz turda 7,5 xal toplayaraq birinci yeri tutub.

Xaqan Əhmədin qızıl medalı ilə yanaşı, Azərbaycan komandasının daha iki üzvü fəxri kürsüyə yüksəlib. Mehriban Əhmədli (10 yaşadək qızlar) 7,5 xal toplayaraq gümüş, Məryəm Ağaverdiyeva (16 yaşadək qızlar) isə yeddi xalla üçüncü yeri tutub.

Turnir İsveçrə sistemi ilə keçirilib və doqquz turdan ibarət olub.

Seçilən
44
2
football-plus.az

3Mənbələr