AZ

İndoneziyada məsciddə partlayışlar olub – Xeyli sayda yaralı var


İndoneziyanın paytaxtı Cakartada cümə namazı zamanı orta məktəbin yanındakı məsciddə baş verən partlayışlar nəticəsində əksəriyyəti tələbələr olmaqla ən azı 55 nəfər xəsarət alıbş
Yeniavaz.com
“Associated Press”ə istinadla xəbər verir ki, hadisədən sonar 17 yaşlı şübhəli saxlanılıb.
“Polis indiyə qədər partlayışların terror aktı olması ilə bağlı fərziyyələri rədd edərək, istintaqın hələ də davam etdiyini bildirib. Şahidlər yerli televiziya kanallarına bildiriblər ki, məscidin içərisində və xaricində ən azı iki güclü partlayış eşidiblər. Tələbələr və digərləri məscidi boz tüstü bürüdüyü üçün təşviş içində qaçıblar”, - agentliyin məlumatında deyilir.
Seçilən
44
yeniavaz.com

1Mənbələr