AZ

“C5+1” Orta Dəhlizlə "Tramp Marşrutu"nun əlaqələrini gücləndirir

ABŞ, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan hökumətləri birgə bəyanat yayıb.

APA ABŞ Dövlət Departamentinə istinadən xəbər verir ki, bəyanat “C5+1” formatının 10-cu ildönümü münasibətilə paylaşılıb.

Bəyanatda Tramp marşrutunun regional tranzit əlaqələrinin inkişafında rolundan söz açılıb.

Ölkələrin qarşıya qoyduğu məqsədlər arasında TransXəzər Ticarət Marşrutu (Orta Dəhliz) ilə bağlı maddələr var.

Tərəflər təchizat zəncirinin əlaqəliliyini və dayanıqlılığını gücləndirmək məqsədilə Transxəzər Ticarət Marşrutunun potensialını tam şəkildə inkişaf etdirmək və onu "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) ilə birləşdirməklə, yüklərin, məlumatların və enerjinin "C5+1" ölkələri və dünya üçün təhlükəsiz hərəkətini təmin etmək, gömrük rejimlərinin uyğunlaşdırılması və şəffaflığının artırılması istiqamətində səyləri davam etdirmək, "C5+1" ölkələri arasında kommersiya və mədəni əlaqələri gücləndirmək üçün aviasiya əlaqəliliyini genişləndirmək və texnologiya, hasilat və digər sürətlə inkişaf edən sahələrdə təlimləri asanlaşdıran təhsil mübadilələri vasitəsilə kommersiya əlaqələrini möhkəmləndirmək və əmək qüvvəsinin peşəkarlığını dəstəkləmək barədə razılığa gəlib.

Qeyd edək ki, "C5+1" platforması 2015-ci ildə ABŞ, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Türkmənistan və Tacikistan arasında münasibətlərin yaxşılaşdırılması məqsədilə yaradılan platformadır.

Seçilən
31
6
apa.az

7Mənbələr